Sәudiyyә Әrәbistanı Kralı Qüds mәsәlәsini qiymәtlәndirib

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz  Qüdsün tarixi və qanuni statusuna zərər verən hər növ addıma  qarşı olduqlarını ifadə edib.

1212385
Sәudiyyә Әrәbistanı Kralı Qüds mәsәlәsini qiymәtlәndirib

 

 

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz  Qüdsün tarixi və qanuni statusuna zərər verən hər növ addıma  qarşı olduqlarını ifadə edib.
Ərəb Birliyi və Körfəz Əməkdaşlıq Şurasının  fövqəladə sammitindәn sonra  Məkkədə ‘‘Әl-әlә gələcəyə doğru " adı altında keçirilәn  14-cü İslam Əməkdaşlıq Təşkilatının yığıncağı öz işinә başlayıb.
Yığıncaqda açılış nitqi ilә çıxış edәn Sәudiyyә Әrәbistanı  Kralı Salman bin Әbdülәziz  bildirib ki, Fələstin xalqı Ərəb Sülh Planı və beynəlxalq qərarlar çәrçivәsindәki qanuni hüquqlarını əldə edənə qədər Fələstin məsələsi prioritet tәşkil edir.

Sәudiyyә Әrәbistanı Kralı  ölkəsinin Qüdsün tarixi və qanuni statusuna zərər verən hər növ addıma qəti  şəkildə qarşı olduğunu ifadə edib.
Türkiyənin 2016-cı ildәn  2019-cu ilәdәk İslam Әmәkdaşlıq Tәşkilatına etdiyi sәdrliyi ilә bağlı Kral Salman bin Әbdülәziz deyib: ‘‘Türkiyә prezident cənab Rəcəb Tayyib Ərdoğana göstәrdiyi sәylәrә görә tәşәkkür edirәm’’.

Terrorçuların  bölgəyə yenidən hücum etdiyini ifadә edәn Kral Salman deyib: "Keçәn hәftәlәrdә İran tәrәfindәn dәstәklәnәn terrorçular  Sәudiyyә Әrәbistanında iki yanacaq doldurma mәntәqәsinә hücum edib’’.

Kral Salman bin Әbdülәziz regional vә beynәlxalq problemlәrә qarşı  mübarizә aparmaq  üçün İslam Әmәkdaşlıq Tәşkilatının yenilәnmәsinin vacibliyini vurğulayıb.

Sәudiyyә Әrәbistanı Kralı Salman bin Әbdülәzizin sәdrliyi ilә keçirilәn yığıncaqda 40 ölkәnin dövlәt vә hökumәt başçısı iştirak edir. Yığıncaqda Türkiyәni xarici işlәr naziri Mövlud Çavuşoğlu tәmsil edir.

Qәdr gecәsindә tәşkil edilәn yığıncaq Әrәb Birliyi vә Körfәz Әmәkdaşlıq Şurasının fövqәladә iclasından sonra keçirilir.

Yığıncaqda liderlәr Fәlәstin mәsәlәsi başda olmaqla, müsәlmanlara qarşı artan nifrәt, ekstremizm vә İslam alәmini maraqlandıran ortaq problemlәri müzakirә edәcәklәr.
 



Әlaqәli Xәbәrlәr