Rusiya Avropa İttifaqına qarşı sanksiyaları artırıb

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

1212302
Rusiya Avropa İttifaqına qarşı sanksiyaları artırıb

 

Rəsmi Moskva Rusiyaya girişinə qadağa qoyulan Avropa İttifaqına üzv ölkələrin və institutların nümayəndələrinin siyahısını genişləndirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Rusiya Xarici İşlәr Nazirliyindәn verilәn mәlumatda qeyd olunub ki, ölkəyə buraxılmayacaq məmur sayı Avropa İttifaqının  analoji siyahısı ilə paritet təşkil edəcək.

"Rusiya beynəlxalq hüquq normalarına zidd olan birtərəfli sanksiyalarla bağlı  dəfələrlə Aİ-yə xəbərdarlıq edib ",-deyә Rusiya Xarici İşlәr Nazirliyindәn verilәn mәlumatda vurğulanıb.

Avropa İttifaqı  Rusiyanın 2014-cü ildә Krımı  ilhaq etmәsindәn  vә Ukraynanın şәrqindә baş verәn hadisәlәrdәn sonra Rusiyaya sanksiyalar tәtbiq etmәyә başlamışdı.



Әlaqәli Xәbәrlәr