İrana tətbiq edilən sanksiyalardan heç bir ölkə azad olunmayacaq.

rana tətbiq edilən sanksiyalardan heç bir ölkə azad olunmayacaq. Hədəfimiz İranın neft ixracını dayandırmaqdır. Bunu ABŞ dövlət departamentinin sözçüsü Morqan Ortaqus deyib.

1211589
İrana tətbiq edilən sanksiyalardan heç bir ölkə azad olunmayacaq.

Mövzu ilə bağlı Jurnalistlərin ünvanladıqları sualları cavablandıran sözçü,

“ABŞ-ın tətbiq etdiyi sanksiyalar çərçivəsində İrandan neft satın alan Hindistan və ya Çin kimi ölkələr bu tətbiqlərdən azad olunacaqlar mı” sualına cavabən: “Prezident Donald Tramp və dövlət katibi Mike Pompeonun əsas məqsədi İranın neft satışını sıfıra endirməkdir. Buna görə də heç bir ölkə ABŞ-ın İrana istiqamətli sanksiyalarından azad olunmayacaq. Bir il əvvəl tək tərəfli sanksiya tətbiqindən nəticə əldə etmənin mümkün olmayacağı nəzərindən müdafiə edənlər çoxdu. Lakin bunun əksi oldu və tətbiq öz səmərəsini verməyə başladı. Başlanqıçda dünya ABŞ-nın qərarına əməl etməyəcək deyənlər də oldu, ancaq elə olmadı. Avropanın ən aqressiv şirkətləri və bankları belə İrandan çıxdılar”-deyə Ortaqus vurğulayıb.



Әlaqәli Xәbәrlәr