İsrail Fələstində ən çox 2018-ci ildə qətliam törədib

... 2014-cü ildən bu yana - 2018-ci il fələstinlinin ən çox öldürüldüyü il olaraq qeydiyyata düşüb.

1210833
İsrail Fələstində ən çox 2018-ci ildə qətliam törədib

  İsrail 2018-ci ildə 57-si uşaq olmaqla 312 fələstinlini öldürdü, təxminən 8300 nəfəri yaraladı.

  BMT İnsan Haqqları üzrə Fələstin bürosunun sədri Ammar et-Duveyk işğal altındakı İordan çayının qərb sahillərinin (Qərbi Şəriyə) Ramallah şəhərində təşkil etdiyi mətbuat konfransında İsrailin fələstinlilərə qarşı insan haqqları pozuntularıyla əlaqədar 24 ildən bəri topladıqları materialların illik hesabatını açıqlayaraq dedi:

  “İsrailin fələstinlilərə qarşı insan haqqları pozuntuları ilə əlaqədar 2018-ci il fələstinlilər üçün daha ağır keçib. ABŞ-ın dəstəyi və təşviqiylə İsrail, Qüds də daxil olmaqla, İordan çayının qərb sahillərini idarəsi altına alma və İsrail torpaqlarına qatma ilə bağlı yeni mərhələyə keçib.

  2014-cü ildən bu yana - 2018-ci il fələstinlinin ən çox öldürüldüyü il olaraq qeydiyyata düşüb.

  İsrail İordan çayının qərb sahilləri, Qüds və Qəzza zolağında 57-si uşaq olmaqla 312 fələstinlini öldürüb, təxminən 8300 nəfəri yaralayıb. 1063-ü uşaq, 140-sı qadın, 6-sı əski millət vəkili və 38-i jurnalist olmaqla 6489 adamı nəzarətə götürən İsrail fələstinlilərin 538 ev və iş yerini yıxıb.”

  Hesabatda İsrailin Fələstinin ayrı-ayrı ərazilərinə hücum, insanlarını döymə və atəş açma hadisələrinin də olduğu 499 hücumun olunduğu bildirilib.



Әlaqәli Xәbәrlәr