Niger Respublikasına qaçqın axını davam edir

Qərbi Afrika ölkəsi Nigeriyanın şimal-qərbində çobanlarla kənd təsərrüfatçıları arasındakı qarşıdurmalara görə evlərini tərk etmək məcburiyyətində qalan minlər uşaq və qadın Niger Respublikasına sığındı.

1207362
Niger Respublikasına qaçqın axını davam edir

Nigeriya Milli Təcili Rəhbərlik Agentliyinin Sokoto üzrə sədri Kofoworola Sole jurnalistlərə açıqlamasında Sokoto və Zamfara əyalətlərində davam edən qarşıdurmalar səbəbiylə, 15 mindən çox uşaq və qadının qonşu ölkə Niger Respublikasının fərqli bölgələrinə sığındığını bildirib.

Niger Respublikasına sığınan qaçqınların humanitar yardıma ehtiyac duyduğunu ifadə edən Sole, onları ziyarət etdiklərini, vəziyyətlərini yaxından izlədiklərini qeyd edib. Bölgədəki qarşıdurmaların minlərlə qadının dul və uşağın isə yetim qalmasına gətirib çıxardığını vurğulayıb.

Nigeriyada bir ilə yaxın müddətdir davam edən çoban və kənd təsərrüfatçıları arasındakı  qarşıdurmalar  səbəbiylə minlərlə adam həyatını itirib.Çox sayda ailə evni tərk etmək məcburiyyətində qalıb.

Qeyd  edək  ki, sürülərini otarmaq üçün ölkənin cənubuna köç edən Fulaniler əkinçiləri heyvanlarını oğurlamaqda ittiham edərkən, əkinçilər də Fulani çobanları ölkədə Xristianların sıx yaşadıqları cənub ərazilərdə 18-ci əsrdə yaşamış İslam alimi Şeyx Osman Dan Fodionun fikirlərini yaymaqda təqsirləndirirlər.



Әlaqәli Xәbәrlәr