Әfqanıstanın müxtәlif şәhәrlәrindә terror aktları törәdilib

Әfqanıstanın paytaxtı Kabildәki bir mәsciddә cümә namazı zamanı baş verәn partlayış nәticәsindә bir din xadiminin öldüyü, 16 nәfәrin dә xәsarәt aldığı bildirilib.

1207619

Bu barәdә Әfqanıstan Daxili İşlәr Nazirliyinin mәtbuat katibi Nasrat Rәhimi mәlumat verib. Nasrat Rәhimi terror aktının Kabildәki Әl Takva mәscidindә törәdildiyini deyib.

Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.

Qeyd edәk ki, Әfqanıstanın cәnubundakı Qәndәhәr vilayәtindә dә terror aktı törәdilib. Hücum nәticәsindә 10 nәfәr xәsarәt alıb.

Bu barәdә Qәndәhәr vilayәtinin Polis İdarәsinin rәisi Tadin Han mәlumat verib. Mәlumata әsasәn, terror aktı Aynu Mine bölgәsindә törәdilәb, nәticәdә 10 nәfәr müxtәlif dәrәcәli xәsarәtlәr alıb. Hücum nәticәsindә hәmçinin әtrafdakı tikililәrә ciddi ziyan dәyib.

Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.

Әlaqәli Xәbәrlәr