Fələstinlilər ramazan ayının üçüncü cümə namazında da Əl-Əqsaya axışdı

Fələstinlilər İsrailin yaratdığı bütün çətinliklərə və maneələrə baxmayaraq ramazan ayının üçüncü cümə namazında da Əl-Əqsaya axışdı.

1207788
Fələstinlilər ramazan ayının üçüncü cümə namazında da Əl-Əqsaya axışdı

Fələstinlilər İsrailin yaratdığı bütün çətinliklərə və maneələrə baxmayaraq ramazan ayının üçüncü cümə namazında da Əl-Əqsaya axışdı.

On minlərlə fələstinli səhər təzdən işğal altındakı İordan çayının qərb sahili ilə Qüds arasındakı nəzarət məntəqələrini keçərək Hərəm-i Şərif istiqamətində irəliləyiblər.

İşğal altındakı Şərqi Qüdsün Qədim Şəhər bölgəsinə çıxan yollara hərəkətə bağlayan İsrail polisləri avtobuslardan başqa maşınların keçməsinə icazə verməyib.

Saatlarla çəkən yoldan sonra Qədim Şəhərin küçələrindən Əl-Əqsaya çatan fələstinlilər ramazan ayının üçüncü cümə namazında da məscidin həyətini ağzına qədər doldurdu.

Qüds İslami Vəqflər İdarəsinin məlumatına görə, 100 mindən artıq fələstinli Əl-Əqsada namaz qılıb.

Əl-Əqsa  İmam və Hatibi Şeyx Yusif Əbu Suneyne bu həftəki cümə xütbəsində Ərəb-İslam dünyasında yaşanan müharibələrin Fələstin məsələsini unutdurduğu və işğalın kök salmasına imkan yaratdığını ifadə edib.

İşğal altındakı İordan çayının qərb sahili ilə Şərqi Qüdsdə yaşayanlar ilə İsrail vətəndaşı fələstinlilərin Əl-Əqsaya gəlmələrinin əhəmiyyətini vurğulayan Şeyx Əbu Suneyne zülmün başa çatacağını və ədalətin təsis ediləcəyini dilə gətirib.

Şeyx Əbu Suneyne ayrıca Qüds və Əl-Əqsaya istiqamətli pozuntulara diqqət çəkərək, bu torpaqların gerçək yiyəsi olan fələstinlilərin burada qalacağını vurğulayıb.

Şərqi Qüds və İordan çayının qərb sahili 1967-ci ildən bəridir İsrailin işğalı altındadır.



Әlaqәli Xәbәrlәr