İmran Xan seçkilәrdә әldә etdiyi qәlәbә münasibәtilә Narendra Modini tәbrik edib

Pakistanın baş naziri İmran Xan Hindistanda keçirilәn seçkilәrdә qәlәbә qazanan  Narendra Modini tәbrik edib.

1207053
İmran Xan seçkilәrdә әldә etdiyi qәlәbә münasibәtilә Narendra Modini tәbrik edib

 

 

Pakistanın baş naziri İmran Xan Hindistanda keçirilәn seçkilәrdә qәlәbә qazanan  Narendra Modini tәbrik edib.

Şәxsi internet sәhifәsindәn açıqlama verәn İmran Xan Cәnubi  Asiyada sülhün tәmin olunması üçün Narendra Modi ilә işlәmәk istәdiyini söylәyib.

‘‘Narendra Modini Hindistan Xalq Partiyası  vә müttәfiqlәrinin seçkilәrdә әldә etdiyi qәlәbә münasibәtilә tәbrik edirәm. Cәnubi Asiyada sülhün tәmin edilmәsi vә rifah sәviyyәsinin yüksәlmәsi üçün Narendra  Modi ilә işlәmәyi sәbirsizliklә gözlәyirәm’’,- deyә Pakistanın baş naziri vurğulayıb.

Vәzifәsinin icrasına 2018-ci ilin avqust ayında başlayan İmran Xan  Modiyә dialoq ilә bağlı çağırışlar etdi. Tәrәflәr müxtәlif dövrlәrdә bir araya gәlsәlәr dә, görüşlәrdә nәticә әldә edilmәdi.

İki ölkә arasında fevral ayında Pulvama hücumundan sonra gәrginlik yaşanmışdı. Bu hadisәdәn sonra İmran Xan Narendra Modiyә dialoq ilә bağlı çağırış etmişdi. İmran Xan daha sonra Modi tәrәfindәn ona göndәrilәn ismarışı da şәxsi internet sәhifәsindә bölüşmüşdü.

İmran Xan  Narendra Modinin Pakistan Günü münasibәtilә ona tәbrik mәktubu  ünvanladığını bildirmişdi.

Mәktubda bu ifadәlәrә yer verilmişdi: ‘‘Pakistanın Milli Günü münasibәtilә Pakistan xalqını salamlayıram’’.



Әlaqәli Xәbәrlәr