Böyük Britaniya və Hollandiyada Avropa Parlamenti seçkiləri üçün səsvermə başladı

Böyük Britaniyadakı seçkilərdə 12 seçki dairəsindən 73 parlamentari seçiləcək

1206692
Böyük Britaniya və Hollandiyada Avropa Parlamenti seçkiləri üçün səsvermə başladı

Böyük Britaniyadakı seçkilərdə 12 seçki dairəsindən 73 parlamentari seçiləcək. Seçki məntəqələri yerli vaxtla saat 22: 00-a qədər açıq olacaq.

Böyük Britaniyanın 2016-cı ildə keçirilnən referendum ilə Avropa İttifaqından çıxma qərarı səbəbindən Avropa Parlamenti seçkilərində iştirak etməməsi gözlənilirdi. Lakin 29 mart olan "Brexit" tarixinin 31 oktyabra qədər təxirə salınması vəziyyəti dəyişdirdi.

Ölkədə bu yaxınlarda qurulan "Brexit" Partiyası anketlərdə seçkilərin favoriti olaraq göstərilir. Ultra sağçı Naycel Faracın (Nigel Farage) rəhbərlik etdiyi partiyanın həm  hakimiyyətdə olan Mühafizəkarlar Partiyasından, həm də müxalifətdə olan Fəhlə Partiyasından daha çox səs toplayacağı gözlənilir.

Tereza Meyin  (Theresa May) sədri olduğu mühafizəkarların səsvermə baxımından beşinci yerə düşəcəkləri təxmin edilir.

Avropa Parlamentinə sonuncu dəfə keçirilən seçkilərində Böyük Britaniya seçiciləri 35,6% fəəallıq nümayiş etdirmişdi. Bu seçkilərdə "Brexit" Partiyasının iştirakı səbəbindən daha yüksək fəallıq gözlənilir.

Böyük Britaniyanın Aİ-ni tərk etməsi halında bu ölkəyə aid olan 73 parlamentari yeri Fransa, İtaliya və İspaniya daxil olmaqla,14 ölkə arasında bölüşdürüləcək.

Hollandiyada Avropa Parlamenti seçkilərində səsvermə yerli vaxtla saat 07.30-da  başladı.

Seçkilərdə 26 yer üçün 16 partiyadan 308 namizəd mübarizə aparır. Seçkilər yerli vaxtla saat 21.00-da başa çatacaq.

Seçki məntəqələri bağlanıldıqdan sonra yalnız "exit-poll" nəticələri açıqlanacaq. Verilmiş səslərin sayı bütün ölkələrdə bazar günü axşam elan ediləcək. Rəsmi nəticələr 31 may tarixində açıqlanacaq. 12 milyon 997 min 600 seçicinin olduğu Hollandiyada Avropa Parlamentinə sonuncu dəfə keçirilən seçkilərdə seçici fəallığı 37% idi.
 



Әlaqәli Xәbәrlәr