Tramp Meksikanı hədələdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Meksikanın ABŞ-a qeyri-qanuni miqrant axınınıdayandırmaq üçün kifayət qədər səy göstərmədiyini bildirərək: "Meksika səhv edir, tezliklə bir cavab verəcəyəm" ifadəsini işlətdi.

1205670
Tramp Meksikanı hədələdi

 

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp rəsmi "Twitter" hesabından qeyri-qanuni miqrantlar və Meksikanın bu məsələ ilə bağlı mövqeyinə dair açıqlamalar verdi.

Tramp Meksikanın ABŞ-a cənub sərhədindən qeyri-qanuni miqrant axınını dayandırmaq üçün demək olar ki, heç bir şey etmədiyini, qeyri-qanuni miqrantlarla  bağlı xərclərə görə ABŞ vergi ödəyicilərinin məsuliyyət daşıması istiqamətində  bir mövqe sərgilədiyini qeyd etdi.

ABŞ prezidenti Meksikanı hədələyərək: "Meksika səhv edir. Tezliklə buna cavab verəcəyəm" ifadəsini işlətdi.

Qeyd edək ki, Mərkəzi Amerika ölkələri - Qvatemala, Honduras və Salvadordan  zorakılıq və yoxsulluq səbəbindən yola çıxan miqrantlar Meksika sərhədindən ABŞ-a keçməyə davam edirlər.

Yürütdüyü miqrasiya siyasəti ilə bağlı tənqid olunan Tramp isə qeyri-qanuni miqrasiya və narkotik maddə transferi ilə mübarizə məqsədilə Meksika ilə olan sərhədə divar hörülməsini məqsədəuyğun sayır.



Әlaqәli Xәbәrlәr