Qərar 2021-ci ildən qüvvəyə minəcək

Avropa İttifaqı Şurası birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabları qadağan edən qərar qəbul edib. Qərar 2021-ci ildən qüvvəyə minəcək.

1205448
Qərar 2021-ci ildən qüvvəyə minəcək

Avropa İttifaqı Şurası birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabları qadağan edən qərar qəbul edib.
Qərar 2021-ci ildən qüvvəyə minəcək.
Avropa İttifaqı Şurası ətraf mühitin, xüsusilə, su hövzələrinin çirklənməsinin qarşısını almaq məqsədilə bu addımı atdığını açıqladı.
Qərara görə, ətraf mühitə zərər verməyən alternativləri olan bütün plastik qablar 2021-ci ildən etibarən bazardan çıxarılacaq. Siyahıya qulaqtəmizləyən çöplər, qaşıq, bıçaq, çəngəl, boşqab, fincan, şar çubuqları və qida qabları daxildir.
Avropa İttifaqına üzv ölkələr ayrıca 2029-cu ilə qədər birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik şüşələrin 90%-ni dövriyyədən çıxaracaq.
Qeyd edək ki, sözügedən qanun daha əvvəl Avropa Parlamenti tərəfindən də təsdiq olunub.



Әlaqәli Xәbәrlәr