Həmas atəşkəs iddiasını təkzib etdi

İşğal altındakı Qəzza zolağında hakimmiyətdə olan Həmas İsrail ilə 6 ay müddətinə atəşkəs qərarı qəbul edildiyini təkzib etdi.

1204986
Həmas atəşkəs iddiasını təkzib etdi

İşğal altındakı Qəzza zolağında hakimmiyətdə olan Həmas İsrail ilə 6 ay müddətinə atəşkəs qərarı qəbul edildiyini təkzib etdi.

Həmasın sözçüsü Fevzi Berhum sosial media hesabı “Twitter” üzərindən yaydığı açıqlamada “İsrail mətbuatında yer alan Həmas ilə 6 ay müddətinə atəşkəs qərarı qəbul edildiyinə dair xəbərlər doğru deyil” ifadəsini işlədib.

Berhum atəşkəs qərarının ancaq, İsrailin bütün sazişləri tətbiq etməsi halında qəbul ediləcəyini vurğulayıb.

İsrailin “Kanal 12” televiziyası BMT və Misirin vasitəçiliyində Həmas ilə İsrail arasında 6 ay müddətinə atəşkəs qəbul edildiyini açıqlamışdı.

İsrailin 4-5 mayda Qəzza zolağında həyata keçirdiyi hücumlarda 2-si hamilə 3 qadın ilə 2 körpənin də aralarında olduğu 25 fələstinli şəhid olmuş, 150 fələstinli yaralanmışdı.



Әlaqәli Xәbәrlәr