Avropa İttifaqı ABŞ və İrana çağırış

Amerika Birləşmiş Ştatları və İran arasında qarşılıqlı sərt bəyanatlar və bunun səbəb olduğu gərginlik narahatlıq doğurur. Bunu Avropa İttifaqı Komissiyasının sözçüsü Maja Kocijancic deyib.

1204955
Avropa İttifaqı ABŞ və İrana çağırış

Sözçü ABŞ prezidenti Donald Trampın "İran döyüşmək istəyirsə, bu İranın sonu olacaq" sözünə münasibət bildirib. O: "Mövcud vəziyyətdə bölgədə daha çox qeyri-sabitlik yaradacaq addımlardan imtina edilməlidir. Bu fikrimizi hər fürsətdə səsləndiririk. Hər cür təxribatın qarşısını almaq və gərginliyin artmasına səbəb olacaq cəhdlərə  zəmin  yaradılmamalıdır” –deyə sözcü vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavini Stephane Dujarric də mətbuata açıqlamasında ABŞ və İran arasında gərginliyin tarıma çəkilməsindən narahat olduqlarını ifadə edərək tərəflərə təhrikedici bəyanatlar  yaymamaları   barədə çağırış edib.



Әlaqәli Xәbәrlәr