Avstraliya Federal Parlamentinə seçkilər keçirilir

Mayın 18-də Avstraliya Federal Parlamentinə seçkilər başlayıb.

1203500
Avstraliya Federal Parlamentinə seçkilər keçirilir
avustralya secim1.jpg

Mayın 18-də Avstraliya Federal Parlamentinə seçkilər başlayıb.

İlk seçki məntəqələri ölkənin qərb sahillərində yerli vaxtla səhər saat 08:00-da açılıb.

Avstraliya Seçki Komissiyasının (AEC) məlumatına görə, bu seçkilərdə ölkənin 25 milyon sakinindən 16,5 milyondan çoxu Nümayəndələr Palatasının 151 deputatına və 76 senatordan 40-na səs verəcək. Avstraliya seçki qanunvericiliyinə əsasən qalan 36 senator noyabrın 2-dək seçiləcək.

AEC-in sədri Tom Rocers bildirib ki, bu, ölkə tarixində ən böyük seçkilərdir. Ölkə üzrə fəaliyyət göstərən 8 min yerli və regional seçki məntəqəsində çalışmaq üçün 80 mindən çox könüllü cəlb edilib. Gün ərzində 558 mobil briqada səsvermə üçün 3 mindən çox qəsəbə, kənd, xəstəxana və qocalar evini ziyarət edəcək. Avstraliyanın bütün dünyadakı səfirlik və konsulluqlarında isə 85 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Nümayəndələr Palatasındakı 151 yer uğrunda 1056 siyasətçi mübarizə aparır. Daha 458 siyasətçi Senatdakı 40 yerə namizəddir. Yeni parlamentdə daha çox yer qazanacaq siyasi partiya onun fraksiyasından olan deputatlarla hökuməti formalaşdıracaq. Həmin partiyanın sədri isə Baş nazir olacaq. Qələbə üçün Nümayəndələr Palatasında 76 yer qazanmaq lazımdır.

Qeyd edək ki, Avstraliya parlamentindəki yerlər uğrunda iki əsas siyasi təşkilat – Leyboristlər və Liberallar partiyaları mübarizə aparır. Liberallar Partiyası 2013-cü ildən bəri Avstraliya Milli Partiyası ilə koalisiyada hökumətə başçılıq edir. Bundan əlavə, ölkə parlamentinə daxil ola biləcək siyasi qüvvələr arasında “Yaşıllar”, “Birləşmiş Avstraliya” və Cənubi Avstraliyadan olan müstəqil senatorun yaratdığı “Nik Ksenofonun komandası” siyasi təşkilatının yaratdığı koalisiya da var.

Seçki məntəqələrinin yerli vaxtla saat 18:00-da bağlanacağı və bundan sonra səslərin hesablanmasına başlanacağı bildirilir. Seçkilərin ilkin nəticələrinin gecə yarısı məlum olacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr