Boris Conson Mühafizəkarlar Partiyasının sədri vəzifəsinə namizəd olacaq

Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson (Boris Johnson) hakim Mühafizəkarlar Partiyasının sədrliyi uğrunda mübarizə aparacağını açıqladı.

1202889

Johnson Mançesterdə təşkil edilən bir tədbirdə Mühafizəkar Partiyasının lideri olmaq istəyi ilə bağlı verilən suala:"Əlbəttə ki, namizədliyimi irəli sürəcəyəm. Bunun bir sirr olduğunu düşünmürəm. Lakin bilirsiniz ki,  hazırda bu vəzifə boş deyil" deyərək cavab verdi.

Digər tərəfdən Avropa İttifaqı ilə bağladığı "Brexit" müqaviləsi parlamentdə üç dəfə rədd edilən baş nazir Tereza Mey (Theresa May)  partiyanın liderlik yarışını təşkil edən 1922 komitəsi ilə  ötən gün keçirdiyi toplantıda istefa vermək üçün təzyiqə məruz qaldı.

Britaniya mətbuatında çıxan xəbərlərə görə, Meydən istefa üçün müəyyən tarix tələb olunub, baş nazir isə bundan boyun qaçırıb.

Qeyd edək ki, Meyin liderlik etdiyi Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən yerli seçkilərdə 1300-dən çox meriya üzvlüyü yerini itirmiş və səs nisbəti 28 faizə düşmüşdü.

Bəzi sorğulara görə, keçiriləcək seçkilərdə mühafizəkarlar səs nisbətinə görə üçüncü partiya mövqeyinə düşə bilər.

Әlaqәli Xәbәrlәr