Angela Merkel: "Avropa İttifaqında heç bir siyasi vəzifəm olmayacaq"

Angela Merkel Almaniya kansleri vəzifəsindən getdikdən sonra Avropa İttifaqında heç bir vəzifə tutmayacağını söylədi.

1202874
Angela Merkel: "Avropa İttifaqında heç bir siyasi vəzifəm olmayacaq"

Almaniya kansleri Angela Merkel paytaxt Berlində Hollandiyanın baş naziri Mark Rutte ilə görüşdü.

Merkel görüşdən sonra təşkil edilən mətbuat konfransında Almaniya kansleri vəzifəsində daha yaxşı fəaliyyət göstərən bir Avropa üçün səylərini artırdığını söylədi.

Merkel onun Avropa İttifaqında yüksək vəzifə tutacağına dair Almaniya mətbuatındakı spekulyasiyalarla bağlı sualları cavablandırarkən: "Partiyanın sədrliyindən istefa verəcəyəm və 2021-ci ildə yenidən kansler vəzifəsinə namizədliyimi irəli sürməyəcəyəm. Yəni harada olarsa-olsun, Avropada da başqa bir siyasi vəzifəm olmayacaq" dedi.

Merkel Avropa İttifaqının bütün üzv ölkələrində populist cərəyanların olduğunu qeyd edərək: "Hamımız bu mövzuda ayrı-ayrılıqda səy göstəririk, Avropa layihəsinə daha çox diqqət yetirməli və qorumalıyıq" dedi.

Almaniya kansleri təsəvvür etdiyi Avropa üçün qorxusuz və qətiyyətlə mübarizə aparmağa davam edəcəyini vurğuladı.

Qeyd edək ki, Merkel 6 ay əvvəl partiya sədrliyinə və 2021-ci ildə kansler vəzifəsinə namizəd olmayacağını açıqlamış, Xristian Demokrat Birlik Partiyasının dekabr ayındakı qurultayında "Annegret Kramp-Karrenbauer"in sədri seçilmişdi.

Avropanın və Almaniyanın bəzi siyasətçiləri Merkelin kansler vəzifəsindən getdikdən sonra Aİ-də yüksək r vəzifə tuta biləcəyini söyləmişdilər. Alman mətbuatında da kanslerin Aİ Komissiyasının sədri olacağı barədə iddialar dərc edilmişdi.



Әlaqәli Xәbәrlәr