ABŞ Türkiyə poladına tətbiq etdiyi vergini endirdi
ABŞ prezidenti Donald Tramp rəsmi Vaşinqtonun Türkiyədən polad idxalına tətbiq etdiyi 50% gömrük vergisində dəyişiklik edib.
Prezident hazırda tətbiq olunan gömrük vergisini yarıbayarı azaldaraq 25%-ə endirib.
Prezidentin gömrük vergisini 25% faiz endirdiyinə dair qərar imzaladığı Ağ Evdən yayılan yazılı açıqlamada bildirildi. Daha əvvəl niyə 50%-ə çıxarıldığına dair səbəblərin xatırladıldığı açıqlamada bildirilib ki, əvvəlki illərlə müqayisədə Türkiyədən idxal olunan poladın miqdarında azalma müşahidə edilib. Bu da gömrük vergisində endirimini nəzərdə tutan qərarının qəbulunda təsirli olub.
Qeyd edək ki, ABŞ hökuməti ötən ilin 10 avqustunda Türkiyədən idxal olunan polada 50% gömrük vergisi tətbiq olunacağını açıqlamışdı. Aliminium idxalına isə 20% vergi tətbiq olunmuşdu. Türkiyə bu qərarın Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu bildirmiş və ABŞ-ı təşkilata şikayət etmişdi.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.