Malayziya Beynəlxalq Cinayət Məhkəməsi üzvlüyündən rəsmən çıxarıldı

Birləşmiş Millətlər Təşkilatı Malayziyanı Beynəlxalq Cinayət Məhkəməsinin üzv ölkələri siyahısından çıxardı.

1202591
Malayziya Beynəlxalq Cinayət Məhkəməsi üzvlüyündən rəsmən çıxarıldı

Birləşmiş Millətlər Təşkilatı Malayziyanı Beynəlxalq Cinayət Məhkəməsinin üzv ölkələri siyahısından çıxardı.

Malayziya Xarici İşlər Nazirliyinə mövzu ilə bağlı məlumatlandırma yazısı göndərən BMT internet saytındakı Beynəlxalq Cinayət Məhkəməsinin quruluş mətni olan Roma nizamnaməsinin təsdiq edən ölkələr siyahısında Malayziyanın artıq olmadığını ifadə etdi.

Malayziyanın Beynəlxalq Cinayət Məhkəməsinə  üzvlüyünün ləğvi faktiki olaraq 29 aprel tarixində qüvvəyə minib, rəsmi proses isə ötən gün başa çatdırıldı.

Xarici İşlər Nazirliyindən keçən həftə verilən açıqlamada aprel ayında hökumətin Beynəlxalq Cinayət Məhkəməsinin  quruluş sənədi statusunu daşıyan Roma nizamnaməsinin imzalamaqdan imtina etmə qərarından sonra BMT-nin Malayziyanın "Roma nizamnaməsinin təsdiq edən ölkələr" siyahısından çıxaracağı bildirilmişdi.

Malayziya hökuməti martın 5-də Roma nizamnaməsinin imzaladığını bildirmiş və Beynəlxalq Cinayət Məhkəməsinin 124-cü üzvü olmuşdu.

Qərardan sonra Johor əyalətinin Kralı Sultan İbrahim Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyün Malayziya Krallığının toxunulmazlığına zərər verəcəyini, hökumətin Beynəlxalq Cinayət Məhkəməsinə üzv olma məsələsini Krallıqla məsləhətləşmədiyini bildirmişdi.

Müxalifət koalisiyasının Beynəlxalq Cinayət Məhkəməsi üzvlüyünün Malayziyanın suverenliyini təhdid etdiyinə dair kampaniyaya başlamasından sonra ictimaiyyətdə hökumətin qərarına qarşı reaksiyalar artmışdı.

Johor Kralının ifadələrindən və müxalifətin kampaniyasının ölkədə siyasi müzakirələrə səbəb olmasından sonra Baş nazir Mahathir Məhəmməd aprelin 5-də açıqlama verərək  Malayziyanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmaq qərarından imtina etdiyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr