Tereza Mey Yens Stoltenberqlә görüşüb

Bu barәdә İngiltәrә Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1201446
Tereza Mey Yens Stoltenberqlә görüşüb

 

İngiltәrә baş naziri Tereza Mey vә NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş olub.

Bu barәdә İngiltәrә Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, görüş İngiltәrәnin paytaxtı Londonda baş tutub.

Tәrәflәr görüşdә dekabr ayında Londonda keçirilәcәk NATO zirvәsi vә tәhlükәsizlik mәsәlәlәrini müzakirә ediblәr.

May və Stoltenberg müttəfiqlərin son illərdə müdafiə xərclərinin artırılması mәsәlәsindә üzәrinә düşәn  öhdəliyi yerinә yetirmәlәrini yüksәk qiymәtlәndirdiklәrini vurğulayıblar.

Tәrәflәr hәmçinin NATO-nun İraq vә Әfqanıstandandakı rolunun әhәmiyyәtinә dә diqqәt yetiriblәr.



Әlaqәli Xәbәrlәr