Rusiya İran məsələsinin həlli üçün çağırış etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın İranla yaşanan vəziyyəti sadəcə siyasi yolla həll etməyə cəhd göstərməsinin vacibliyini bildirdi.

1201771
Rusiya İran məsələsinin həlli üçün çağırış etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın İranla yaşanan vəziyyəti sadəcə siyasi yolla həll etməyə cəhd göstərməsinin vacibliyini bildirdi.

Lavrov və amerikalı həmkarı Mayk Pompeo dünən Rusiyanın Soçi şəhərində keçirdikləri və təqribən 3 saat davam edən görüşdən sonra açıqlama yaydı.

Lavrov və ABŞ dövlət katibi Mayk Pompeo iki ölkə arasındakı münasibətləri normal səviyyəyə gətirmək üçün addımlar atmaqla bağlı razılığa gəliblər.

Lavrov iki ölkənin qarşılıqlı təmas kanallarını bərpa etmək zərurətini qəbul etdiklərini bildirib. 

Eyni zamanda rusiyalı nazir ABŞ ilə işgüzar əlaqələri üçün əlverişli mühit yaratmaq üçün ikitərəfli biznes şurası təsis etməyə tərəfdar olduqlarını qeyd edib.

ABŞ-ın İrana qarşı Orta Şərqə 120 min əsgər göndərməyə hazırlaşdığına dair iddiaları dəyərləndirən Lavrov “ABŞ İranla yaşanan vəziyyəti sadəcə siyasi yoldan həll etməyə cəhd göstərməlidir. İran sərhədinə əsgər göndərəcəklərinə dair iddiaların sadəcə əsassız şayiələr olduğuna ümid edirik. Rusiya olaraq vəziyyəti ssenarilərdən  kənar tutmağa çalışacağıq” deyib.

Pompeo isə İrana yönəldilmiş ittihamlar irəli sürərək, “Əsas olaraq İranla savaşmaq istəmirik, ancaq İran rəhbərliyinin Hizbullahı və dünyanın müxtəlif nöqtələrindəkı terrorçuları dəstəkləməkdən əl çəkməsini istəyirik. Əgər ABŞ-ın mənfəətlərini təhlükə ilə üzləşdirsələr, lazım gəldiyi şəkildə cavab verəcəyik” ifadələrini işlədib.

Rusiyanı Ukraynanın yeni dövlət başçısı ilə əməkdaşlığa çağıran Pompeo “Lavrov ilə görüşdə Ukraynanın yeni rəhbərliklə işləmə və Kerçdə Rusiya tərəfindən müsadirə edilən ukraynalı dənizçilərin sərbəst buraxılması üçün çağırış etdim. Həmçinin Rusiyanın Maduroya dəstəyin dayandırılmasının vacibliyini də dilə gətirdim. ABŞ-ın seçkilərinə müdaxilə qəbul edilməz bir durumdur və Rusiya ABŞ-ın 2020-ci ildəki seçkilərində bununla məşğul olsa əlaqələrimiz bundan daha pis olacaqdır”deyib.

Görüşdə Suriyadakı son vəziyyəti də müzakirə etdiklərini bildirən Pompeo “Suriya ərazilərinin terrorçular üçün sığınacaq bir yer olmaması üçün əlimizdən gələni yerinə yətirmək istəyirik. Ayrıca Suriyanın şimalında və İdlib miqyasında gərginliyin azaldılmasını da müzakirə etdik” ifadələrini işlədib.



Әlaqәli Xәbәrlәr