Pyotr Poroşenko Yens Stoltenberqlә görüşüb

Ukrayna Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn yazılı açıqlamada  Poroşenko və Stoltenberqin Belçikanın paytaxtı Brüsseldə görüşdüyü bildirilib.

1200769
Pyotr Poroşenko Yens Stoltenberqlә görüşüb

 

Ukraynada ötən ay keçirilən prezident seçkilәrindә mәğlub olan  və vəzifəsini təhvil verməyə hazırlaşan hazırki prezident  Pyotr Poroşenko  NATO-nun  baş katibi Yens  Stoltenberq ilə görüşüb.

Ukrayna Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn yazılı açıqlamada  Poroşenko və Stoltenberqin Belçikanın paytaxtı Brüsseldə görüşdüyü bildirilib.

Görüşdə Ukraynanın NATO-ya üzv olmaq istiqamətindəki  siyasətinin  dəyişmədiyi  və lazımi planı həyata keçirməyə hazır olduğu vurğulanıb.

Ukrayna ilə NATO-nun Qara dəniz və Azov dənizində təhlükəsizlik sahəsində әmәkdaşlığının artırılmasının vacibliyi vurğulanıb, hәmçinin  ukraynalı dənizçilərin azad edilməsi məqsədilə Rusiyaya təzyiqinin artırılmasının әhәmiyyәti qeyd olunub.

Xatırladaq ki, keçәn ilin noyabr ayında  Azov dənizində Rusiyaya məxsus döyüş gəmiləri ilə Ukrayna döyüş gəmilərinin qarşı-qarşıya gəldiyi qeyd edilmiş, Rusiyaya məxsus  gəmilər Rusiya su sərhədlərinə daxil olduğu iddiası ilə Ukrayna döyüş gəmilərinə müdaxilə etmişdi.

Ukrayna Hərbi Dəniz Qüvvələri Komandanlığı Azov dənizindəki Kerç Boğazı ətrafında Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) aid sərhəd təhlükəsizliyi gəmisindən Ukrayna döyüş gəmilərinə atəş açıldığını bildirmişdi. Komandanlıqdan verilən məlumatda açılan atəş nəticəsində 6 Ukrayna әsgәrinin yaralandığı, Ukraynaya məxsus gəminin  zərər gördüyü vә Ukrayna gəmilərinin Rusiya xüsusi qüvvələri tərəfindən ələ keçirildiyi qeyd edilmişdi.

Ukraynada keçirilәn prezident seçkilәrinin ikinci turunda yumorist Vladimir Zelenski  sәslarin 73.22 %-ni, rәqibi vә hazırki prezident Pyotr Poroşenko isә 24.45 %-ni toplamışdı.

Seçkilәrdә qәlәbә qazanan Zelenskinin  bu ayın sonunadәk and içәrәk vәzifәsinin icrasına başlaması gözlәnilir.



Әlaqәli Xәbәrlәr