BMT Suriya mәsәlәsi ilә bağlı açıqlama verdi

Birlәşmiş Millәtlәr Tәşkilatı Suriyanın İdlib şәhәrinә endirilәn zәrbәlәrin dayandırılması ilә әlaqәdar  çağırış edib.

1200617
BMT Suriya mәsәlәsi ilә bağlı açıqlama verdi

 

Birlәşmiş Millәtlәr Tәşkilatı Suriyanın İdlib şәhәrinә endirilәn zәrbәlәrin dayandırılması ilә әlaqәdar  çağırış edib.

Birlәşmiş Millәtlәr Tәşkilatının baş katibinin sözçülәrindәn Farhan Haq keçirdiyi gündәlik mәtbuat konfransında bildirib ki,  bölgәdә hava mәkanına kimin nәzarәt etdiyi bilirik.  O, hәmçinin qeyd edib ki, bu hücumlara son verilmәlidir.

Hücum zamanı   18 xəstəxana vә  17 məktəbә ciddi ziyan dәydiyini deyәn Ferhan Haq yaşayış mәntәqәlәrinin hәdәf alınmamasının vacibliyini vurğulayıb.

Birlәşmiş Millәtlәr Tәşkilatının hesabatına әsasәn, aprel ayının sonundan etibarәn Suriyanın şimal-qәrbindә azı 150 nәfәr hәlak olub vә ya xәsarәt alıb, 180 min nәfәr evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb. Evlәrini tәrk etmәk mәcburiyyәtindә qalanların vәziyyәtinin kritik olduğu bildirilir.

Türkiyә,Rusiya vә İran 2017-ci ilin  4-5 may tarixlәrindә Astanada Suriya mәsәlәsi ilә bağlı keçirilәn toplantıda  İdlib vә әtrafındakı әrazilәri deeskalasiya zonası elan etmişdi.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir.



Әlaqәli Xәbәrlәr