Xarici təzyiqlərə təslim olmayacağıq

ABŞ-nın  Çin məhsullarına rüsumun 25% artırılması qərarına pekin rəhbərliyi xarici təzyiqə təslim olmayacağıq deyərək cavab verib.

1200235
Xarici təzyiqlərə təslim olmayacağıq

Xarici İşlər Nazirliyi sözçüsü Gınq Şuanq paytaxt Pekində keçirilən mətbuat konfransında: “Təriflərin artırılmasının heç bir problemin həllində təsir bağışlamayacağını daha əvvəl dəfələrlə səsləndirdik. Çin heç vaxt xarici təzyiqə təslim olmayacaq. Ölkəm qanuni mənafelərini qoruya biləcək güc və istedada malikdir. ABŞ ilə Çin arasındakı problemlərin dialoq və bərabər hüquqluluq çərçivəsində həllini arzulayıram”.

Qeyd  edək  ki,  ABŞ və Çin arasında "ticarət müharibəsi" bir il geridə qaldı. "Ticarət müharibəsi" danışıqlarının son iclasına qatılmaq üçün Cümə axşamı günü ABŞ-a gedən Çin Baş nazirinin müavini Liu Hı yığıncaqdan əli boş qayıtdı. İki gün davam edən danışıqlardan heç bir nəticə əldə edilmədi.



Әlaqәli Xәbәrlәr