Belçika Sәudiyyә Әrәbistanına silah tәdarükünü dayandıra bilәr

Bu barәdә Belçikanın xarici işlәr naziri Didier Reynders mәlumat verib.

1199845
Belçika Sәudiyyә Әrәbistanına silah tәdarükünü dayandıra bilәr

 

Belçikalı rәsmilәr Sәudiyyә Әrәbistanına silah tәdarükü ilә bağlı mәsәlәnin nәzәrdәn keçirilә bilәcәyini bildirib.

Belçikanın rәsmi RTBF  telekanalına müsahibә verәn xarici işlәr naziri Didier Reynders silahların  Yәmәndә olduğu  kimi başqa qarşıdurmalarda istifadә edilәcәyi tәqdirdә tәdarükün dayandırıla bilәcәyini deyib.

Volonya bölgәsinin rәhbәri Villi Barsus isә RTBF-yә verdiyi müsahibәbәdә başqa ölkәlәrә silah tәdarük edәn şirkәtin qanunlara zidd davranacağı tәqdirdә sözügedәn şirkәtin lisenziyasının lәğv edilә bilәcәyini ifadә edib.

Belçikada bәzi mәtbuat  vә qeyri-hökumәt tәşkilatlarının dәrc etdiyi hesabatda  Sәudiyyә Әrәbistanının Belçikadan idxal etdiyi silah vә hәrbi sürsatları Yәmәndәki döyüşlәrdә istifadә etdiyi  bildirilib.

Sәudiyyә Әrәbistanına silah ixrac edәn Belçikanın Valonya bölgәsi Camal Xaşoqçi cinayәtindәn sonra  Sәudiyyә Әrәbistanı ilә yeni müqavilә imzalamayacaqlarını  açıqlasa da, Belçika mediası  Valonyadan Sәudiyyә Әrәbistanına bu il üç dәfә hәrbi sürsatın ixrac edildiyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr