Trampın oğlu ifadə verməyə çağrılıb

ABŞ prezidenti Donald Tramlpın böyük oğlu Donald Tramp 2016-cı ildə ölkədə keçirilən prezident seçkisi qabağı kampaniyaya Rusiyanın müdaxiləsi işi üzrə ifadə vermək üçün Senatının Kəşfiyyat üzrə komitəsinə çağırılıb.

1198260
Trampın oğlu ifadə verməyə çağrılıb

Mövzu  ilə   əlaqəli   yayılan  məlumata  görə  senatorlar kiçik Donald Trampdan bir müddət əvvəl konqresin müstəntiqlərinə “Rusiya təhqiqatı” ilə bağlı verdiyi cavabları təkrar soruşmaq niyyətindədirlər.

2017-ci ildə prezidentin oğlu komitənin qarşısında kəşfiyyat və hüquq komitələrində məsələ üzrə çıxış edib. Onda kiçik Tramp bildirmişdi ki, Moskvada “Tramp qülləsi”nin tikintisi barədə üzdən məlumatı olub.

Qeyd  edək  ki, Senatorlar ilk dəfədir Trampın ailə üzvləri ilə bağlı məsələni gündəliyə daxil ediblər.



Әlaqәli Xәbәrlәr