BMT-nin İranın nüvə razılaşmasına dair açıqlaması

BMT baş katibinin sözçülərindən Farhan Haq İranın nüvə razılaşmasının regional və beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyini və razılaşmanın qorunmasına ümid etdiklərini bildirdi.

1197741

Farhan Haq gündəlik mətbuat brifinqində İranın nüvə proqramına dair razılaşmadakı öhdəliklərini qismən dayandırma qərarını qiymətləndirib.

“JCPOA” kimi adlandırılan İranın nüvə razılaşmasının nüvə tərksilah məsələsində böyük diplomatik uğur olduğunu qeyd edən Haq “İranın nüvə razılaşması regional və beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdi. Baş katib müqavilənin qorunmasına ümid edir” deyə vurğulayıb.

 Qeyd edək ki, İranın xarici işlər naziri Cavad Zərif dünən Amerika ABŞ-ın qısa müddət əvvəl qəbul etdiyi sanksiya qərarlarından sonra ölkəsinin nüvə müqavilə öhdəliklərini qismən dayandıracağını açıqlamışdı.

 Zərif nüvə razılaşmasının 26-cı və 36-cı maddələrindəki öhdəlikləri dayandırma qərarlarının ABŞ-ın mayın 4-də aldığı yeni sanksiya qərarı ilə bağlı olduğunu bildirərək, bu sanksiyalarla sözügedən maddələrin reallaşmasının mümkün olmadığını, amerikalıların İran nüvə razılaşmasına konstruktiv yanaşmadığı və bu münasibətin davam edəcəyinin aydın olduğunu söyləmişdi.

Әlaqәli Xәbәrlәr