"USS Abraham Lincoln" təyyarə gəmisinin hücum qrupu Orta Şərqə göndərildi

ABŞ müdafiə naziri vəzivəsini əvəz edən Patrik  Şanahan (Patrick Shanahan) ABŞ Donanmasına məxsus "USS Abraham Lincoln" təyyarə gəmisinin hücum qrupunun Orta Şərqə İran rejimi qüvvələrinin təhlükə yaratması ilə bağlı göndərildiyini açıqladı.

1196397
"USS Abraham Lincoln" təyyarə gəmisinin hücum qrupu Orta Şərqə göndərildi

Amerika Birləşmiş Ştatları müdafiə naziri vəzivəsini əvəz edən Patrik  Şanahan (Patrick Shanahan) ABŞ Donanmasına tabe olan "USS Abraham Lincoln" təyyarə gəmisinin hücum qrupunun Orta Şərqə İran rejimi qüvvələrinin təhlükə yaratması ilə bağlı göndərildiyini açıqladı.

 Amerika Birləşmiş Ştatları müdafiə naziri vəzivəsini əvəz edən Patrik  Şanahan (Patrick Shanahan) "Twitter" hesabı vasitəsilə bir açıqlama verdi.

Açıqlamada deyilir: "CVN-72 ( "USS Abraham Lincoln" təyyarə gəmisinin hücum qrupu) və ABŞ Hərbi Hava Qüvvələrinə tabe olan Bombardman Qüvvələrinin CENTCOM (ABŞ Mərkəzi Qüvvələr Komandanlığı) bölgəsinə mənim təsdiqimlə daşınması, İran rejim birliklərinin təşkil etdiyi ciddi təhdidin əlamətlərinə cavab olaraq tədbir məqsədli yerdəyişmədir".

  Şanahan açıqlamasında çağırış edərək: "İran rejimini bütün təxribatları dayandırmağa dəvət edirik. Hesab edirik ki, qüvvələrimizə və mənafelərimizə qarşı yönəldilmiş hər hansı bir təcavüzə görə İran rejimi məsuliyyət daşıyır" dedi.

   "USS Abraham Lincoln" təyyarə gəmisinin hücum qrupu hərbi təlimlər keçirmək üçün İtaliya sularında yerləşdirilmişdi.

 Ötən gün  Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton (John Bolton) təyyarə gəmisinin  Bombardman Qüvvələri ilə birlikdə  Körfəzə göndərildiyini bildirmişdi.

 Bolton bu tədbiri İran rəhbərliyinə "dəqiq və qəti ismarış" kimi səciyyələndirmişdi.

  ABŞ mediasının yaydığı bəzi xəbərlərdə sözügedən qərarın İsrail kəşfiyyatının ABŞ-a İranın bölgədəki amerikan hərbçilərinə qarşı hücum hazırlığında olduğu məlumatını çatdırmasından sonra qəbul edidiyi iddia edilir.

 İsrail kəşfiyyatının iki həftə əvvəl Ağ Evdə görüş zamanı İranın ehtimal edilən bir neçə planını ABŞ rəhbərliyinə çatdırdığı qeyd edilir. İranın İraq, Suriya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla, bölgədə ABŞ-a aid hədəflərə hücum edəcəyi məlumatının verildiyi irəli sürülür.

 

 

 

 

 

 

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr