Lavrov: "ABŞ-ı beynəlxalq hüquq normaları çərçivəsində hərəkət etməyə çağırırıq"

Rusiya xarici işlər naziri Sergey Lavrov Venesueladakı çevriliş cəhdi ilə bağlı Amerika Birləşmiş Ştatlarını beynəlxalq hüquq normaları çərçivəsində hərəkət etməyə çağırdı.

1195488
Lavrov: "ABŞ-ı beynəlxalq hüquq normaları çərçivəsində hərəkət etməyə çağırırıq"

 Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinə səfər edən Venesuela xarici işlər naziri Xorxe Arreaza (Jorge Arreaza) ilə paytaxt Moskvada görüşdü.

Rusiyalı nazir görüşdən əvvəl açıqlamalar verdi.

 Venesueladakı dövlət çevrilişi cəhdini dəyərləndirən Lavrov: "Karakasda zorla hakimiyyəti dəyişdirmək cəhdinin əlbəttə ki, demokratik proseslə heç bir əlaqəsi yoxdur. Bu cəhd böhranın siyasi yollarla həll edilməsinə zərbə endirir. Hadisələrin bu şəkildə cərəyanı mənfi nəticələrə səbəb olar" dedi.

 Rusiyanın dövlət başçısı  Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında iki gün  əvvəl telefon danışığı olduğunu xatırladan Lavrov: "ABŞ-ı və dəstəkçilərini məsuliyyətsiz planlardan imtina etməyə və yalnız beynəlxalq hüquq normaları çərçivəsində hərəkət etməyə çağırırıq" ifadələrini işlətdi.

 Venesuela xarici işlər naziri Xorxe Arreaza da ölkəsinin suverenliyinin hər hansı bir qüvvə tərəfindən pozulmayacağını vurğuladı.

 



Әlaqәli Xәbәrlәr