Boko haramın hücumu nəticəsində 5 əsgər öldü

Nigeriyanın şimal-şərqində terror qruplaşması Boko Haramın silahlı hücumu nəticəsində 5 əsgər həyatını itirib.

1195975
Boko haramın hücumu nəticəsində 5 əsgər öldü

Nigeriya Ordu sözçüsü Polkovnik Ezindu İdimanın məlumatına görə hücum zamanı Burno əyalətinin Maqumeri kəndindəki hərbi nəzarət-buraxılış məntəqəsi hədəfə götürülüb. Hadisə nəticəsində 5 əsgər ölüb. Bildirilir ki, xain hücumdan sonra bölgədə başlayan əməliyyat nəticəsində xeyli sayda terrorist zərərsizləşdirilib.

Qeyd edək ki, radikal terror qruplaşması Boko Haramın 2009-cu ildən bəri həyata keçirdiyi terror aktları nəticəsində 20 mindən çox adam həyatını itirib. Terror təşkilatı 2015-ci ildən bəri ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerə istiqamətli hücumlar həyata keçirir.



Әlaqәli Xәbәrlәr