Floridada "Boeing 737" sərnişin təyyarəsi çaya düşüb

Məlumatı şəhərin meri Lenni Kerri təsdiqləyib.

1194803
Floridada "Boeing 737" sərnişin təyyarəsi çaya düşüb

 

ABŞ-da "Boeing 737" tipli sərnişin təyyarəsi çaya düşüb.

Mәlumata görә,  hadisə Florida ştatının Ceksonvil şəhərində baş verib.

Məlumatı şəhərin meri Lenni Kerri təsdiqləyib.

Kerri deyib: "Kommersiya təyyarəsi çaya düşüb. Məni yanğından mühafizə xidmətində məlumatlandırıblar, onlar hadisə yerindədilər".

Qeyd olunur ki, hadisə nəticəsində sərnişinlərdən ölən olmayıb.

"Boeing 737"nin göyərtəsində 142 nəfər olub. Laynerin uçuş-eniş zolağında sürüşdüyü və çaya düşdüyü bildirilir.

Xatırladaq ki, martın 10-da Efiopiyanın “Boeing 737-MAX 8” təyyarəsi havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub.

Bu hadisәdәn sonra Türkiyə, Sinqapur, Çin, Efiopiya, İndoneziya, Avstraliya, Malayziya, Oman, İngiltərə, Almaniya, Fransa, Hollandiya, Avstriya, Avropa İttifaqı, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Yeni Zelandiya, Fidci, Hindistan, Honq Konq, Livan, Kosovo, Bəhreyn, Misir və Tailand kimi bir çox ölkə hava mәkanını  "Boeing 737 Max"  təyyarələri üçün bağlayıb.



Әlaqәli Xәbәrlәr