Yeni Zelandiya Baş naziri Zekeriya Tuyanın ailəsinə başsağlığı verdi

Yeni Zelandiya Baş naziri Jacinda Ardern Christchurch şəhərində törədilən terror hücumunda ağır yaralanan və müalicə olunduğu xəstəxanada dünən dünyasını dəyişən Türk vətəndaşı Zekeriya Tuyanın ailəsinə başsağlığı verib.

1194226
Yeni Zelandiya Baş naziri Zekeriya Tuyanın ailəsinə başsağlığı verdi

 Ardern Baş Nazirliyin rəsmi saytından yaydığı açıqlamasında ölkəsindəki qanlı hadisədən ağır yaralı xilas olan Zekeriya Tuyanın neçə gündür reanimasiyada olduğunu xatırladaraq: “Zəkəriya Tuyan bütün tibbi müdaxilələrə baxmayaraq 15 Martdan bəri müalicə olunduğu xəstəxanada dünən həyatını itirdi. Onun ölümü həm Türkiyə həm də Yeni Zelandiyanın kədəridir. Mərhumun ailəsinə baş sağlığı verir, xəstəxanada müalicələri davam edən digər yaralılara şəfa diləyirəm”.

Xatırladaq ki, Yeni Zelandiyada Christchurch şəhərində 15 Martda Nur və Linwood məscidlərinə edilən hücum nəticəsində 50 adam həyatını itirdi. Zekeriya Tuyanın da aralarında olduğu 50 adam isə xəsarət aldı.

İki övladı olan Zekeriya Tuyan, həmin tarixdən bəri müalicə olunduğu xəstəxanada dünən həyatını itirdi. Hücumda yaralanan digər iki vətəndaşımızın vəziyyəti yaxşıdır.



Әlaqәli Xәbәrlәr