Yaponiyanın yeni İmperatoruna hakimiyyətin rəmzləri təqdim edilib

Mayın 1-də Yaponiya İmperatorunun səlahiyyətlərini təsdiq edən rəmzlər – dövlət möhürü, İmperator möhürü, həmçinin müqəddəs reqaliya hesab edilən qılınc və qiymətli yaşma daşı ölkənin yeni monarxı Naruhitoya təqdim edilib.

1193149
Yaponiyanın yeni İmperatoruna hakimiyyətin rəmzləri təqdim edilib
japonya yeni imparator Naruhito1.jpg

Mayın 1-də Yaponiya İmperatorunun səlahiyyətlərini təsdiq edən rəmzlər – dövlət möhürü, İmperator möhürü, həmçinin müqəddəs reqaliya hesab edilən qılınc və qiymətli yaşma daşı ölkənin yeni monarxı Naruhitoya təqdim edilib.

Tokionun mərkəzində yerləşən İmperator sarayında keçirilən tədbirdə İmperator ailəsinin üzvləri, Baş nazir Şinzo Abe, parlamentin hər iki palatasının sədrləri, Ali Məhkəmənin sədri və yerli hakimiyyət orqanlarının rəhbərləri iştirak ediblər.

Taxta çıxdıqdan sonra ilk dəfə xalqa müraciət edən İmperator Naruhito deyib: “Yaponiya konstitusiyasına və İmperator Evinin xüsusi tədbirlər qanununa uyğun olaraq bu gün mən taxta çıxıram. Mən tam ciddiliyi ilə bu vəzifənin məsuliyyətini başa düşürəm.

Qeyd edək ki, İmperator Naruhitonun 59 yaşı var. 



Әlaqәli Xәbәrlәr