Yaponiyada İmperator Akihito taxtdan imtina etdi

85 yaşlı İmperator Akihitonun taxtına sabahdan etibarən 59 yaşlı oğlu vəliəhd Şahzadə Naruhito əyləşəcək.

1192702
Yaponiyada İmperator Akihito taxtdan imtina etdi

Çıxışında 30 illik iqtidarı müddətində özünü dəstəkləyən Yapon xalqına minnətdarlığını bildirən İmperator Akihito, " Vəzifəmi xalqa dərin hörmət və güvən duyğusu ilə icra etdim. Bu imkanı bənə bəxş edən xalqıma minnətdarlığımı bildirir və özümü şanslı hesab edirəm”.

İmperatorun vida mərasiminə aralarında Baş nazir Şinzo Abe, Yapon parlamenti Dietin iki palatasının başçıları, nazirlər, Ali Məhkəmə hakimləri və Kral ailəsi mənsubları başda olmaqla 300-ə qədər dəvətli iştirak etdi.

Baş nazir Abe mərasim zamanı jurnalistlərə verdiyi açıqlamada imperator Akihito kədərini və sevincini həmişə xalq ilə bölüşdü. Ona minnətdarlığımızı bildirirəm. 85 yaşlı İmperator Akihitonun taxtına sabahdan etibarən 59 yaşlı oğlu vəliəhd Şahzadə Naruhito əyləşəcək. Naruhito sabah təşkil ediləcək mərasimdə imperatorun əlaməti hesab edilən müqəddəs qılınc və cəvahiri atasından təhvil alacaq.



Әlaqәli Xәbәrlәr