Cәnubi Afrikada daşqınlar 70 nәfәrin hәyatına son qoyub

Məlumata əsasən,  Kvazulu-Natal əyalətində torpaq sürüşmәsi nәticәsindә 70 nəfər həlak olub.

1189999
Cәnubi Afrikada daşqınlar 70  nәfәrin hәyatına son qoyub

Cənubi Afrikada aramsız leysan yağışları selə səbəb olub.

Məlumata əsasən,  Kvazulu-Natal əyalətində torpaq sürüşmәsi nәticәsindә 70 nəfər həlak olub.

Çoxlu sayda itkin düşən və xəsarət alanın da olduğu bildirilir. Amma onların dəqiq sayı məlum deyil. Hazırda bölgәdә axtarış-xilasetmә әmәliyyatları keçirilir.

Rәsmilәr ölü sayının arta bilәcәyini istisna etmirlәr.



Әlaqәli Xәbәrlәr