“Netanyahu sülhə inanmır”, M. Abbas

Fələstinin Dövlət başçısı Mahmud Abbas İsrailin Baş naziri Binyamin Netanyahunun sülhə inanmadığını bildirdi.

1187581
“Netanyahu sülhə inanmır”, M. Abbas

Fələstinin Dövlət başçısı Mahmud Abbas İsrailin Baş naziri Binyamin Netanyahunun sülhə inanmadığını bildirdi.

Misirin paytaxtı Qahirədə təşkil edilən Ərəb Dövlətləri Liqası Xarici İşlər Nazirlərinin növbədənkənar iclasında çıxış edən Fələstin Dövlət başçısı Mahmud Abbas Netanyahunun sülhə inanmadığını və sülh üçün fələstinli bir tərəfdaş tapa bilmədiyini irəli sürdüyünü söylədi.

Mahmud Abbas “İsrail aramızda imzalanan heç bir müqaviləni qəbul etmədi” deyə bildirərək, ayrıca İsrailin 1947-ci ildən bəridir heç bir beynəlxalq qərarı qüvvəyə mindirmədiyini vurğuladı.

ABŞ-ın Fələstinə qarşı mövqeyini də tənqid edən Abbas deyib ki, ABŞ rərbərliyi bizə vəd etdiklərinin ziddinə addım atdı. Beynəlxalq qanunları pozan qərarlar qəbul etdi və Qüdsü İsrailin paytaxtı elan etdi.

Qeyd edək ki, Ərəb Dövlətləri Liqası Xarici İşlər Nazirləri Fələstinin tələbinə görə  Fələstindəki son vəziyyəti və ABŞ-ın “Əsrin müqaviləsi” planını müzakirə etmək üçün yığıncaq keçirdi.



Әlaqәli Xәbәrlәr