Emmanuel Makronun açıqlamaları "sarı jiletlilər"i qane etmədi

Fransa prezidenti Emmanuel Makronun cümə axşamı günü verdiyi açıqlamaları qənaətbəxş saymayan "sarı jiletlilər" aksiyaların 24-cü həftəsind

1191154
Emmanuel Makronun açıqlamaları "sarı jiletlilər"i qane etmədi

Fransa prezidenti Emmanuel Makronun cümə axşamı günü verdiyi açıqlamaları qənaətbəxş saymayan "sarı jiletlilər" aksiyaların 24-cü həftəsində başda paytaxt Paris olmaqla, bir çox şəhərdə yenidən meydanlara axışdılar.

  Parisdə Monparnas meydanına toplaşan nümayişçilər İtaliya meydanına qədər yürüdülər. Aksiyaya ifrat solçu Boyun Əyməyən Fransa Hərəkatının lideri Jan Lük Melenşon  Melenchon  (Jean-Luc Melenchon) və ölkənin ən böyük həmkarlar ittifaqlarından Baş Biznes Konfederasiyası (CGT) dəstək verdi.

 Digər bir qrup nümayişçi də TF1 və BFMTV kanallarının Parisdəki mərkəzlərinin qarşısında etiraz aksiyası keçirdi. Nümayişçilər daha sonra Respublika  meydanına qədər yürüdülər.

 Paris Polis İdarəsindən verilən məlumatda paytaxtdakı aksiyalarda 14 nəfərin nəzarətə götürüldüyü, 13 min 500 nəfərin də şəxsiyyətinin yoxlanıldığı bildirilir.

Polis nümayişçilərə Yelisey çölləri prospektində  və aprelin 15-də olan yanğında böyük zərər dəyən Notr-Dam kilsəsi və ətrafında aksiya keçirməyi qadağan etdi.

 Strasburq şəhəridə isə Bordo meydanında mitinq keçirən nümayişçilərlə polis arasında gərginlik yarandı. Polis daş və şüşə atan nümayişçilərə bibər qazıyla cavab verdi.

 Aksiyada 26 nəfərin nəzarətə götürüldüyü və bir çoxunun da yaralandığı bildirilir. Nümayişçilərin Avropa Parlamenti, Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında və ətrafında aksiya keçirilməsinə isə icazə verilmədi.

 Lion, Ruan və Marsel şəhərlərində də aksiyalar keçirildi.

 Ölkə miqyasında keçirilən aksiyalarda Daxili İşlər Nazirliyinin məlumatlarına görə, 23 min 600, "sarı jiletlilər"ə görə isə 60 min 132 nəfər iştirak edib.

 Fransa prezidenti İmmanuel Makron cümə axşamı günü verdiyi açıqlamada əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların ödəməli olduqları gəlir vergisinin azaldıla biləcəyini və şirkətlərin ödəməli olduğu bəzi vergilərin isə artırılacağını söyləmişdi.



Әlaqәli Xәbәrlәr