Sosial şəbəkə şirkətlərinin cərimələnməsini nəzərdə tutan qanun layihəsi

Avropa Parlamenti  bir saat ərzində zorakı məzmunlu paylaşımları silmədiyi təqdirdə, sosial şəbəkə şirkətlərinin cərimələnməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

1185588

Cərimələr şirkətin ümumi gəlirlərinin 4 faizini təşkil ediləcək. Qanun layihəsinin lehinə 308, əleyhinə 204 nəfər səs verib. 70 nəfər bitərəf qalıb.

Avropalı rəsmilərin fikrincə, sosial şəbəkə şirkətlərinin rəhbərləri bu istiqamətdə yetərli addım atmır. Nəticədə zorakı məzmun daşıyan foto və videolar geniş auditoriyaya çata bilir.  Yeni qanunvericiliyə əsasən, tələblər pozulduğu halda, sosial media şirkətləri illik gəlirinin 10 faizi həcmində cərimələnəcək. Cavabdeh şəxslər isə 3 il müddətinə həbs ediləcək.

Qanun layihəsinin qüvvəyə minməsi üçün Aİ Şurası tərəfindən təsdiqlənməlidir. 

Әlaqәli Xәbәrlәr