Liviyada üç günlük matәm elan olunub

Liviya Milli Birlik hökumәti Tripoliyә endirilәn zәrbәlәr nәticәsindә hәlak olanlar ilә әlaqәdar üç günlük matәm elan edib.

1185258
Liviyada üç günlük matәm elan olunub

Liviyanın paytaxtı Tripoliyә endirilәn hücuma görә 3 günlük matәm elan olunub.

Liviya Milli Birlik hökumәti Tripoliyә endirilәn zәrbәlәr nәticәsindә hәlak olanlar ilә әlaqәdar üç günlük matәm elan edib.

Tripolinin Ebu Selim bölgәsinә gecә radәlәrindә endirilәn zәrbәlәr nәticәsindә 6 nәfәr hәlak olmuşdu, 35 nәfәr dә xәsarәt almışdı.

Bu barәdә Liviya Milli Birlik Hökumәtinә tabe olan Sәhiyyә Nazirliyinin mәtbuat katibi Usame Әli mәlumat vermişdi.

Bәzi yaralıların vәziyyәtinin  ağır olaraq qiymәtlәndirildiyi açıqlanmışdı.

Liviyanın Ahrar televiziya kanalının Milli Birlik Hökumәtinin rәsmisi Muhanned Yunusa istinadәn  yaydığı mәlumatda general Xәlifә Hafterә sadiq qüvvәlәrin Tripoliyә hücum etdiyini qeyd edib.

Digәr tәrәfdәn Hafretә sadiq qüvvәlәr bildirib ki, hücuma görә mәsuliyyәti Milli Birlik Hökumәtinә sadiq qüvvәlәr daşıyır.

Qeyd edək ki, Liviyanın şərqindəki hərbi qüvvələrin lideri general Xəlifə Hafter paytaxt Tripoliyə nəzarəti ələ keçirmək üçün aprelin 4-də göstəriş vermiş, bunun nəticəsində Milli Həmrəylik Hökumətinə sadiq qüvvələr də “Burkan əl Qadab” əməliyyatını həyata keçirmişdi.

Ümumdünya Sәhiyyә Tәşkilatı Liviyada 12 gündür davam edәn toqquşmalar nәticәsindә 174 nәfәrin hәlak olduğunu, 756 nәfәrin dә müxtәlif dәrәcәli xәsarәtlәr aldığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr