Böyük Britaniya BMT TŞ-yə Liviya ilə bağlı qətnamə layihəsi təqdim etdi

Böyük Britaniya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına Liviyada atəşkəs tələb edən qətnamə layihəsini təqdim etdi.

1184693
Böyük Britaniya BMT TŞ-yə Liviya ilə bağlı qətnamə layihəsi təqdim etdi

Böyük Britaniya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına Liviyada atəşkəs tələb edən qətnamə layihəsini təqdim etdi.

Qətnamə layihəsində  Liviyanın şərqindəki hərbi qüvvələrin lideri, general Xəlifə Haftenin paytaxt Trablusu ələ keçirmək üçün hücuma keçməsindən sonra başladılan hərbi əməliyyatlara görə dərin narahatlıq hissi keçirildiyi ifadə olunur.

Layihədə Liviyadakı bütün tərəflərdən dərhal gərginliyin azaldılması və atəşkəsin tətbiq olunması tələb edilir, tərəflər  ölkənin bütün ərazisində  qarşıdurmaların dayandırılması üçün BMT ilə birgə fəalyyət göstərməyə dəvət olunur.

Qətnamə layihəsində BMT-nin nəzarəti altında cərəyan edən siyasi prosesə geri qayıdılması tələb olunur, üzv ölkələrə BMT-nin qərarına riayət edilməsi üçün Liviyada tərəflər üzərindəki nüfuzlarından istifadə etmək tövsiyyə olunur.

Qeyd edək ki, Trablusu ələ keçirmək üçün aprelin 4-də hücuma başlayan general Xəlifə Hafterin hərbi birlikləri ilə beynəlxalq səviyyədə tanınan Milli Razılaşma Hökumətinin Rəhbərlik Şurasının sədri Fayiz əs-Sərracın qüvvələri arasında paytaxt ətrafında şiddətli toqquşmalar 13 gündür davam edir.

 Liviyada hakimiyyət böhranı 2011-ci ildə başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bu günə qədər qarşıdurmalarda 174 nəfər həlak olub, 756 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr