Nigeriyada silahlı hücum törədilib,ölənlər var

Qərbi Afrika ölkəsi olan Nigeriyanın Nasarava əyalətində həyata keçirilən silahlı hücum nəticəsində 15 adam həyatını itirib, 14-ü yaralanıb.

1184001
Nigeriyada silahlı hücum törədilib,ölənlər var

Nasarava Polis idarəsinin sözçüsü Umar Nadada jurnalistlərə açıqlamasında hadisənin Numa şəhərində naməlum şəxslər tərəfindən törədildiyini bildirib. 15 nəfərin öldüyü hadisə ilə əlaqəli istintaq başlatdıqlarını, yaralıların xəstəxanada yerləşdirildiklərini deyib.

Qeyd edək ki, ölkədə son vaxtlarda silahlı hücumların artması qarşısında hökumət Zamfara, Kebbi, Katsina, Nijer və Sokoto şəhərlərində əməliyyat başladıb.

 



Әlaqәli Xәbәrlәr