Sudanda etiraz aksiyaları zamanı 13 nəfər həyatını itirib

Sudanda dünən həyata keçirilən dövlət çevrilişindən sonra təşkil edilən etiraz aksiyaları zamanı 13 nəfər həyatını itirib.

1181810
Sudanda etiraz aksiyaları zamanı 13 nəfər həyatını itirib

Sudanda dünən həyata keçirilən dövlət çevrilişindən sonra təşkil edilən etiraz aksiyaları zamanı 13 nəfər həyatını itirib.

Müxalifətdəki Sudan Həkimlər Komitəsi təhlükəsizlik qüvvələrinin dünən keçirilən etiraz aksiyalarına müdaxiləsi nəticəsində 13 nəfərin həyatını itirdiyini açıqlayıb.

Digər tərəfdən dövlət çevirilişi nəticəsində hakimiyyəti ələ keçirən prezidentin birinci müavini və müdafiə naziri general-leytenant Avad bin Avf Hərbi Keçid Şurasının sədri kimi and içərək vəzifəyə başlayıb.

Şura üzvlərinin elan edilməsi isə daha çox məsləhətləşmə məqsədilə təxirə salınıb.

Digər tərəfdən ordu xalqa komandat saata əməl edilməsi barədə çağırış edib.

Açıqlamada silahlı qüvvələr ilə təhlükəsizlik komitəsi ictimaiyyətin təhlükəsizliyinin təmin olunacağı vaxta qədər bu qərara əməl edilməsinin vacibliyini dilə gətirib.



Әlaqәli Xәbәrlәr