Dünyanın ən uzun parlament seçkiləri 11 apreldən startda

Hindistanda 11 apreldən 19 maya qədər sürəcək dünyanın ən uzun parlament seçkiləri prosesində təxminən 900 milyon seçici səs verəcək.

1180620
Dünyanın ən uzun parlament seçkiləri 11 apreldən startda

  Hindistanda 11 apreldən 19 maya qədər sürəcək dünyanın ən uzun parlament seçkiləri prosesində təxminən 900 milyon seçici səs verəcək.

  Çindən sonra 1 milyard 340 milyon əhalisiylə dünyanın ən böyük ikinci dövləti olan Hindistanda bir aydan uzun sürəcək seçki prosesi 11 apreldən başlayır.

  Hindistan Mərkəzi Seçki Komissiyası 29 əyalətdə keçiriləcək seçkilərin 19 maya qədər 7 mərhələdə həyata keçiriləcəyini bildirib.

  İlkin mərhələ 18, 23, 29 aprel, 6, 12 və 19 may tarixlərində  olacaq, seçkinin nəticələri mayın 23-də açıqlanacaq.

  Seçkilərdə partiyalar federal parlamentin 545 yerlik Lok Sabhanın - parlamentin 543 yerinin qazanmaq üçün yarışacaq. İki deputat isə Hindistandakı ingilis cəmiyyəti üzvləri arasından prezident tərəfindən təyin olunur.

  Hindistan Mərkəzi Seçki Komissiyası bildirib: “Ölkədəki seçici sayı son seçkinin keçirildiyi 2014-cü ildən bu yana təxminən 70 milyon artaraq 900 milyona çatıb. Əhali artımına paralel olaraq artan seçici sayının yaratdığı ehtiyaca cavab vermək üçün ölkədə səsvermə mərkəzlərinin sayı artırılıb. Belə ki, 2014-cü ildə keçirilən seçkilərdə 920 min seçki məntəqəsi var idisə, 2019-cu il seçkilərində bu say bir milyona çıxacaq. Hər məntəqədə orta hesabla 900 seçicinin səs verməsi gözlənilir. Parlament seçkilərində 2,5 milyonu təhlükəsizlik işçisi olmaqla 10 milyon nəfər xidmət göstərəcək.”

  Yeni Dehli Media Araşdırmaları Mərkəzinin proqnozlarına görə, 2019-cu il seçkilərinin xərci 500 milyard rupiyə, yəni təxminən 7 milyard dollara çatacaq.

  Hakimiyyətdəki Hindistan Xalq Partiyası (BJP) ilə ölkənin qurucu partiyası olan Hindistan Konqres Partiyası (İNC) iqtidarın ən güclü iki namizədi olaraq görünür.



Әlaqәli Xәbәrlәr