Dünyada edamların sayı üçdə bir qədər azaldı, amma ...

Beynəlxalq Amnistiya Təşkilatının hazırladığı hesabata görə, qlobal səviyyədə edamların sayı keçən il üçdə bir azalaraq son 10 ildəki ən aşağı səviyyəyə düşüb.

1180860
Dünyada edamların sayı üçdə bir qədər azaldı, amma ...

  Beynəlxalq Amnistiya Təşkilatının hazırladığı hesabata görə, qlobal səviyyədə edamların sayı keçən il üçdə bir azalaraq son 10 ildəki ən aşağı səviyyəyə düşüb.  

  Çinin istisna tutulduğu hesabata görə, 2017-ci ildə dünya üzrə 993 edam cəzası tətbiq edilib, 2018-ci ildə isə bu rəqəm 690 olub.

  İranda ölüm hökmləri 50, İraq, Pakistan və Somalidə də buna yaxın faizdə rəqəmlərdə ciddi azalma var.

  Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Kumi Naidoo deyib:

  “Bu vəziyyət göstərir ki, dövlət başçıları edamın bir həll olmadığını anlamağa başlayıb. Məsələn, Tailandda 2009-cu ildən bu yana bir edam həyata keçirilib.  

  Son illər edam mövzusunda müsbət irəliləyişlər olsa da, ümumilikdə azalmayıb. Məsələn, Misir, Belarus, Yaponiya, Sinqapur, Cənubi Sudan və Amerika Birləşmiş Ştatlarında edam və ölüm hadisələri artıb. Xüsusilə Misirdə 2017-2018-ci illər arasında kütləvi edam cəzaları 75 faiz çoxalıb və sayı 402-dən 712-yə qalxıb.

  Bu vəziyyət də var ki, verilən bəzi edam cəzaları sonradan ömürlük həbslə əvəz olunur və ya tətbiq olunmur.

  Çin isə dünyanın ən çox edam cəzası tətbiq edən ölkəsi olmağa davam edir. Tam rəqəmlər məlum olmasa da, bunu “minlərlə” sözü ilə ifadə etmək olar”.



Әlaqәli Xәbәrlәr