BMT-nin Liviyadakı tərəflərə müharibə cinayəti xəbərdarlığı

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başelet  (Michelle Bachelet) Liviyada dinc vətəndaşlar və infrastruktura qarşı hücumların müharibə cinayəti təşkil edə biləcəyi barədə xəbərdarlıq edib.

1180009
BMT-nin Liviyadakı tərəflərə müharibə cinayəti xəbərdarlığı

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başelet  (Michelle Bachelet) Liviyada dinc vətəndaşlar və infrastruktura qarşı hücumların müharibə cinayəti təşkil edə biləcəyi barədə xəbərdarlıq edib.

Başeletin açıqlamasında Liviyada toqquşan tərəflərə dinc vətəndaşlar və infrastrukturun qorunmasının təmin olunması barədə beynəlxalq insan haqları hüququ çərçivəsindəki məsuliyyətlərini xatırladıb.

Liviya xalqının son illərdə toqquşan çox sayda qrupun arasında qaldığını və ağır insan hüquqları pozuntularına məruz qaldığını ifadə edən Başelet dünən hava limanına yönəldilmiş hücumun xeyli sayda dinc vətəndaşı köməksiz qoyduğuna diqqət çəkib.

“Daha çox mənasız  zorakılıq və qan axıdılmasından imtina etmək üçün tərəfləri görüş keçirməyə çağırıram” ifadəsini işlədən Başelet qarşıdurmalarda dinc vətəndaşların zərər görməməsi üçün müəyyən tədbirlərə hər zaman dəqiq şəkildə əməl edilməsinin vacibliyini vurğulayıb.

Digər tərəfdən BMT İnsan Haqları Ali Komissarlığının (OHCHR) sözçüsü Ravina Shamdasani BMT-nin Cenevrə ofisində keçirilən mətbuat konfransında general Xəlifə Hafterin komandanlığındakı Liviya Milli Ordusuna məxsus döyüş təyyarələrinin Milli Həmrəylik Hökumətinin nəzarətinə girən Tripoli Beynəlxalq Hava Limanını vurmasını müharibə cinayəti kimi xarakterizə edə bilməyəcəklərini bildirib.

Sözçü həmin hücumun beynəlxalq insan haqları hüququna görə muharibə cinayəti kimi qəbul edilə bilməsi üçün kifayət qədər məlumata sahib olmadıqlarını söyləyib.

Hafterə sadiq şəxslərin hava limanında sadəcə hərbi hədəflərin bombalandığını bildirdiyini dilə gətirən Shamdasani bu açıqlamaya baxmayaraq hücumda istifadə olunan silah-sursat son texnologiyaya sahib olmadığı üçün dinc vətəndaşların da zərər görmüş ola biləcəyini söyləyib.

Xatırladaq ki, aprelin 4-də Xəlifə Hafter paytaxt Tripoliyə hücum əməliyyatının başlandığını elan edib. Milli Həmrəylik Hökumətinin rəhbəri Faiz Saraca tabe olan hərbi birləşmələr şəhərə cənubdan soxulmağa çalışan Xəlifə Hafter tərəfdarlarına ciddi müqavimət göstərirlər.

BMT Humanitar İşlər Koordinasiya Ofisi (OCHA) Tripolidə bəzi qarşıdurma bölgələrində vətəndaşların "çarəsiz qaldıqlarını" qeyd etmişdi.

Hafter qüvvələrinə məxsus döyüş təyyarələri dünən paytaxt tripolidə fəaliyyət göstərən tək sivil hava limanı Mitiqanı iki dəfə havadan vurmuşdu.

BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Qassan Selame hava limanına edilən hücumu “müharibə cinayəti” və “bəşəriyyətə qarşı cinayət” olduğunu söyləmişdi.



Әlaqәli Xәbәrlәr