Antonio Quterreş Liviya ilә bağlı çağırış edib

Bu barәdә Birlәşmiş Millәtlәr Tәşkilatının mәtbuat xidmәtindәn verilәn mәlumatda qeyd olunub.

1179570
Antonio Quterreş Liviya ilә bağlı çağırış edib

 

Birlәşmiş Millәtlәr Tәşkilatının baş katibi Antonio Quterreş Liviyanın paytaxtı Tripoli vә әtrafında artan münaqişәlәri vә Mitiqa hava limanına edilәn hücumları qınadığını açıqlayıb.

Antonio Quterreş hәmçinin hәrbi әmәliyyatların dayandırılması ilә әlaqәdar çağırış edib.

Bu barәdә Birlәşmiş Millәtlәr Tәşkilatının mәtbuat xidmәtindәn verilәn mәlumatda qeyd olunub.

Quterreş bütün tәrәflәrә beynәlxalq hüquq normaları vә insan hüquqları çәrçivәsindә mülki vәtәndaşların tәhlükәsizliyinin tәmin edilmәsini xatırladıb.

BMT baş katibinin sözçüsü Stefan Dujarik  dә toqquşmalarda istifadә edilәn silahların yaşayış mәntәqәlәrinә ciddi zәrәr verdiyini vә çox sayda sakinin bu әrazilәri tәrk etmәk mәcburiyyәtindә qaldığını deyib.

Stefan Dujarik bombardman nәticәsindә xәsarәt alanların evakuasiya edilmәlәri üçün atәşkәsin tәmin edilmәsi ilә әlaqәdar çağırış edib.

Liviyanın şәrqindәki  hәrbi qüvvәlәrin rәhbәri, general Xәlifә Hafter aprelin 4-dә Tripolini әlә keçirmәk üçün hücuma keçib.

Bundan sonra Liviyanın  Milli Uzlaşma Hökumәtinin sәdri Famiz әs-Serracın rәhbәrliyindәki birliklәr ilә Xәlifә Hafterin silahlı qüvvәlәri arasında Tripoli vә әtrafında  toqquşmalar başlayıb.

Xәlifә Hafterә mәxsus döyüş tәyyarәlәri dünәn paytaxt Tripolidә fәaliyyәt göstәrәn yeganә hava limanına ağır zәrbәlәr endirib.

Birlәşmiş Millәtlәr Tәşkilatının Liviya üzrә xüsusi nümayәndәsi Qassan Selame hava limanına tәşkil olunan hücumları  ‘‘hәrbi cinayyәt’’ adlandırıb.



Әlaqәli Xәbәrlәr