Korean Airin idarə heyətinin keçmiş rəhbəri Ço Yanq-ho dünyasını dəyişdi

Cənubi Koreyada haqqındakı korrupsiya iddiaları səbəbindən vəzifədən kənarlaşdırlmış milli hava yolu şirkəti Korean Airin idarə heyətinin keçmiş rəhbəri Ço Yanq-ho dünyasını dəyişdi.

1179157
Korean Airin idarə heyətinin keçmiş rəhbəri Ço Yanq-ho dünyasını dəyişdi

Cənubi Koreya xəbər agentliyi Yonhapın xəbərinə görə 1969-ci ildə özəlləşdirilən milli hava yolu şirkətinin böyük səhmdarı Co bir müddətdir ki, xroniki ağciyər xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Korean Airin 27 Martda baş tutan səhmdarlar yığıncağında, Ço Yanq-honun idarə heyəti vəzifəsinə yenidən qaytarılması qərarına gəlindi.

Şirkətin aktivlərini mənimsəyərək səhmdarların etimadını sarsmaqda ittiham edilən Conun haqqında 2017-ci ildə prokurorluq tərəfindən istintaq başladıldı. Onun 2013-2014 tarixləri arasında evinin bərpa işləri üçün şirkətin kassasından 3 milyard won (təxminən 15 milyon lirə) götürdüyü iddia edildi. Həmin iddialardan sonra Co Şirkətin səhmdarı tərəfindən idarə heyətindəki postundan kənarlaşdırıldı.



Әlaqәli Xәbәrlәr