Koalisiya qüvvәlәri Husilәrin nәzarәtindәki bölgәlәrә hücum etdi, 5 şagird hәlak oldu

Bu barәdә Husilәrә tabe olan Sәhiyyә Nazirliyini rәsmisi mәlumat verib.

1178705
Koalisiya qüvvәlәri Husilәrin nәzarәtindәki bölgәlәrә hücum etdi, 5 şagird hәlak oldu

 

 

Yәmәndә koalisiya qüvvәlәrinin Husilәrin nәzarәtindәki Sananın şәrqindәki Savan bölgәsinә tәşkil etdiyi hücum nәticәsindә 5 şagird hәlak olub, 34 nәfәr dә müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Bu barәdә Husilәrә tabe olan Sәhiyyә Nazirliyinin mәtbuat katibi mәlumat verib. Mәlumata әsasәn, Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәrinә mәxsus tәyyarәlәr paytaxt Sananın şәrqindә yerlәşәn Savan bölgәsindәki bir mәktәb yaxınlığındakı әraziyә hava zәrbәlәri endirib.

Sәhiyyә Nazirliyinin rәsmisi hücum zamanı 5 şagirdin hәlak olduğunu, 34 nәfәrin dә müxtәlif dәrәcәli xәsarәtlәr aldığını söylәyib.

Şahidlәrin mәlumatına әsasәn, bombardmandan sonra bölgәdә güclü partlayış olub.

Sәudiyyә Әrәbistanına mәxsus mәnbәlәrin yaydığı mәlumatda isә koalisiya qüvvәlәrinin Husilәrin hәrbi düşәrgә olaraq istifadә etdiyi obyektә zәrbәlәr endirdiyi vurğulanıb.

Qeyd edәk ki, 2014-cü ilin sentyabr ayından etibarәn Yәmәnin paytaxtı Sana vә bәzi bölgәlәri Husilәrin nәzarәtindәdir.

Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri isә 2015-ci ilin mart ayından etibarәn Husilәrlә mübarizә çәrçivәsindә Yәmәn hökumәtinә dәstәk verir.



Әlaqәli Xәbәrlәr