"Amerikalı gənc yəhudilər" təşkilatı Trampa etiraz etdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp "Amerikalı gənc yəhudilər" adlı qeyri-hökumət təşkilatına aid qrup tərəfindən etiraz edildi.

1178958
"Amerikalı gənc yəhudilər" təşkilatı Trampa etiraz etdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp "Amerikalı gənc yəhudilər" adlı qeyri-hökumət təşkilatına aid qrup tərəfindən etiraz edildi.
 
  Yəhudi gənclər Donald Trampa Milli Yəhudi Respublikaçı Koalisiyasının (RJC)  Las-Veqasdakı konqresindəki çıxışı zamanı İsrailə verdiyi dəstəyə görə reaksiya göstərdilər.
 
 Qeyd edək ki, Milli Yəhudi Respublikaçı Koalisiyası Las-Veqasın İsrail tərəfdarı olan bir təşkilat kimi tanınır.
 

Trampın çıxışı zamanı "Amerikalı gənc yəhudilər" adlı qeyri-hökumət təşkilatının üzvlərindən ibarət bir qrup gənc ayağa qalxaraq ABŞ liderinə etiraz etdi.
 
 Gənclər "Yəhudilər "işğal xəstəlikdir" demək üçün buradadırlar, "Yəhudilər "ağ irqçilik xəstəlikdir" demək üçün buradadırlar" şüarlarını səsləndirdilər.
 
 Konqresin keçirildiyi zalda qısa müddətdə qarışıqlıq yarandı, Tramp sözünə ara verdi.
 
 Zaldakı bəzi adamların reaksiya göstərdiyi qrup ivrit dilində "Bu dünyanı sevgi ilə inşa edəcəyik" mənasını verən "Olam Chesed Yibaneh" şüarını səsləndirdi.
 
 "Amerikalı gənc yəhudilər" təşkilatından verilən yazılı açıqlamada: "Tramp müasir zamanın fironudur. Cəmiyyətimizi işğal və ağ irqçilik xəstəliklərini rədd etməyə çağırırıq" ifadələri işlədildi.
 
Açıqlamada Milli Yəhudi Respublikaçı Koalisiyasının Tramp ilə İsrailin baş naziri Benyamin Netanyahunu dəstəkləməsinin musəviliyin əxlaqi ənənəsinə zidd olduğuna  diqqət çəkildi,  sözügedən təşkilatın Tramp ilə Netanyahunun irqçi və zorakılıq tərəfdarı olan gündəminə siyasi don geyindirərək dünyanı və yəhudi cəmiyyətini təhlükəyə atdığı qeyd edildi.



Әlaqәli Xәbәrlәr