"Brüsseldə yuxarıda duran təbəqənin gücünün əyləci artıq basılmalıdır", V.Orban

Macarıstanın baş naziri Viktor Orban “miqrasiya məsələsində Avropa İttifaqının məmurları deyil, ittifaqın üzvü olan ölkələrin özlərinin qərar vermələri”nin lazım olduğunu söyləyib.

1178277
"Brüsseldə yuxarıda duran təbəqənin gücünün əyləci artıq basılmalıdır", V.Orban

   26 mayda keçiriləcək Avropa Parlamenti seçkiləri ilə bağlı partiyasının proqramını tanıdan Orban Aİ komissiyasının apardığı miqrant siyasətinə sərt reaksiya göstərərək deyib:  

  “Macar əsilli amerikalı iş adamı Corc Sorosa bağlı qeyri-hökumət təşkilatları nizamsız köçkünlərə, Avropa İttifaqı isə Sorosa bağlı bu qurumlara yardım edir.

  Avropa Parlamenti seçkiləri köçkün əleyhdarları ilə tərəfdarları arasında mübarizə şəkilndə keçəcək.

  Xristian mədəniyyətinin olub-olmayacağı belə artıq sual altındadır.

  Miqrasiya məsələsi hər bir ölkənin suveren hüququdur, bu barədə Aİ üzvü olan ölkələr özlərinə uyğun şəkildə qərar verməlidir.  

  Brüsseldə yuxarıda duran təbəqənin gücünün əyləci artıq basılmalı və qeyri-qanuni köç dayandırılmalıdır.

  Britaniyanın Avropa İttifaqından ayrılması və nizamsız köçlərin ittifaq ölkələrinə axmasına görə Avropa komissiyası və onun sədri Jan Klod Yunker (Jean-Claude Juncker) təqsirkardır”.



Әlaqәli Xәbәrlәr