ABŞ Venesuela üçün yeni sanksiya qərarı verdi
ABŞ Xəzinə Nazirliyindən verilən açıqlamada bildirilib...
1178078
Amerika Birləşmiş Ştatları Venesuela dövlət neft şirkəti PDVS-yə məxsus 34 gəmi və Kubaya xam neft nəqli edən iki şirkət üçün sanksiya qərarı verdi.
ABŞ Xəzinə Nazirliyindən verilən açıqlamada bildirilib:
“Venesuelada qeyri-qanuni Maduro rejimini ayaqda saxlayan gəmi və şirkətlərə qarşı yeni sanksiyalar başlayır.
Dövlət neft şirkəti PDVS-yə məxsus 34 gəmi və Kubaya xam neft nəqli edən iki şirkəti də sanksiya siyahısına əlavə etdik”.
Qeyd edək ki, ABŞ Venesuelada hökumətin əsas gəlir mənbələrindən biri olan neft şirkəti PDVS-yə 2019-cu ilin yanvar ayından sanksiyalar qoyur.